• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qüds Briqadası İsrailin komanda məntəqəsinə zərbə endirdi

DÜNYA

18 Yanvar 2024 | 01:11 | Müəllif: Subhan Mahmudov

Qüds Briqadası İsrailin komanda məntəqəsinə zərbə endirdi

Qüds Briqadası (İslami-Cihad qruplaşmasının hərbi qanadı – red.) Xan-Yunis şəhərində İsrail komanda məntəqəsinə raket zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.

Komanda məntəqəsinin “Malyutka” raketi ilə məhv edildiyi bildirilib.

Qüds Briqadası həmçinin Qəzza zolağının mərkəzi hissəsindəki "Bureyc" fələstinli qaçqın düşərgəsi üzərində kəşfiyyat uçuşu həyata keçirən İsrail kvadrokopterini vurduğunu açıqlayıb.

Hücumlar nəticəsində İsrail hərbçiləri arasında ölən və yaralananların olduğu qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026