• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Macarıstanda quş qripi qeydə alındı

DÜNYA

18 Yanvar 2024 | 09:09

Macarıstanda quş qripi qeydə alındı

Macarıstanın cənub-qərbindəki Kapoşvar şəhərindəki böyük quşçuluq fermasında insanlar üçün potensial təhlükəli quş qripi (H5N1) epidemiyası qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Qida Zənciri Təhlükəsizliyi İdarəsinin (NFCSO) açıqlamasında bildirilir.

İdarə müəssisədəki 39 min hindquşçunun hamısının məhv edilməli olduğunu vurğulayıb.

"Bütün quş populyasiyasının məhv edilməsi artıq başa çatıb. Qaydalara uyğun olaraq müəssisənin ətrafında 3 km radiusda mühafizə zonası, həmçinin 10 km radiusda müşahidə zolağı yaradılıb", - Milli İdarə qeyd edib.

Xəstəliyin səbəblərini müəyyən etməyə yönəlmiş epidemioloji tədbirlər hələ də davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026