• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistan İran ərazisinə aviazərbələr endirdi: 7 nəfər öldü - YENİLƏNİB

DÜNYA

18 Yanvar 2024 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

Pakistan İran ərazisinə aviazərbələr endirdi: 7 nəfər öldü - YENİLƏNİB

Pakistan İran ərazisinə aviazərbələr endirib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, aviazərbə nəticəsində 3-ü qadın, 4-ü uşaq olmaqla 7 nəfərin həlak olduğu deyilir.

Pakistan İranın Sistan-Bəlucistan bölgəsindəki “terror hədəflərinə” hücum etdiyini açıqlayıb.

Pakistan Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı bəyanat yayıb:

"Biz İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edirik. Hücumlar Pakistanın milli təhlükəsizliyi çərçivəsində həyata keçirilib və bundan sonra da lazım olanı edəcəyik”.

Məlumata görə, iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə telefonda danışan Pakistanın xarici siyasət idarəsinin rəhbəri Cilani, Tehranın hücumunun təkcə Pakistanın suverenliyinin ciddi şəkildə pozulması deyil, həm də çox pis bir şəkildə pozulduğunu vurğulayıb.

Cilani İranın hücumunun iki ölkə arasındakı əlaqələri ciddi şəkildə zədələdiyini ifadə edərək, ölkəsinin bu təxribatçı hərəkətə öz cavabını ehtiyatda saxladığını vurğulayıb.

***

08:55

Pakistan İran ərazisinə aviazərbələr endirib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Pakistan İranın Sistan-Bəlucistan bölgəsindəki “terror hədəflərinə” hücum etdiyini açıqlayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026