İsmayıllı rayonunda iki ev yanıb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, İsmayıllı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi isə İvanovka kəndində qeydə alınıb. Ümumi sahəsi 88 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















