• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Arvadını döyə-döyə öldürən şəxsin məhkəməsi başlayır

HADİSƏ

27 Yanvar 2022 | 09:13

Arvadını döyə-döyə öldürən şəxsin məhkəməsi başlayır

Şamaxıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şakir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 36 yaşlı Şakir Cəfərov arvadı, 32 yaşlı Səkinə Quliyevanı döyə-döyə qətlə yetirib.

Ş.Cəfərov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026