• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ukraynada Rusiyaya məxsus daha bir təyyarə vuruldu

HADİSƏ

25 Fevral 2022 | 13:59 | Müəllif: Subhan Mahmudov

Ukraynada Rusiyaya məxsus daha bir təyyarə vuruldu

Ukrayna hərbçiləri Zolotonoşski rayonunun (Çerkası vilayəti) Voznesenskoye kəndi yaxınlığında Rusiyaya məxsus qırıcını vurub. Bu barədə vilayət polisi məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər vurulan təyyarənin qəzaya uğraması zamanı katapult edən pilotu axtarır.

Son məlumatlara görə, Ukraynada Rusiyanın yeddi təyyarəsi vurulub. Ukrayna Müdafiə Nazirliyi təyyarələrdən əlavə altı helikopter və çoxlu zirehli texnikanın vurulduğu barədə məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026