Bakı şəhərinin Xəzər rayonunda birmərtəbəli evdə yanğın baş verib.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 kvadratmetr olan evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















