• Bakı 17° C

    1.48 m/s

Maqsud Mahmudovun 14 il həbsi tələb olundu

HADİSƏ

25 Aprel 2022 | 17:02

Maqsud Mahmudovun 14 il həbsi tələb olundu

Ötən il beynəlxalq axtarışa verilən və Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən sabiq iş adamı, bloqer Maqsud Mahmudovun məhkəməsi yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, Maqsud Mahmudovun dələduzluq əməllərinə görə 14 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq zamanı məlum olub ki, iş adamı aldatdığı şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. O, əsasən vətəndaşların qızıl-zinət əşyalarını lombarda götürməklə aldadıb. Belə ki, lombarda götürdüyü qızılların qarşılığında az miqdarda pul verib. Əvəzində həmin qızılları banklara girov qoyaraq böyük həcmdə pul götürüb. İttihama görə, Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda ödənilməmiş vəziyyətdə qalır.

Onun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir. Zərərçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026