• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Masazırda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

25 May 2022 | 13:54

Masazırda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

*** 11:53

Masazırda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

*** 11:24

Abşeronda yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Abşeron Gənclər şəhərciyində yerləşən binaların birində qeydə alınıb.

Məlumata görə, binanın liftinin şaxtası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühazifə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026