• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qusarda bədbəxt hadisə - 8 yaşlı qız faciəli şəkildə öldü

HADİSƏ

25 May 2022 | 12:33

Qusarda bədbəxt hadisə - 8 yaşlı qız faciəli şəkildə öldü

Qusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün rayonun Samur qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüfata traktorla ot tayları gətirərkən taylardan biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.

Traktor hərəkət edib həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR