• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Polad Bülbüloğlu Bakıda qəza törədib? - YENİLƏNİB

HADİSƏ

25 Aprel 2022 | 18:04

Polad Bülbüloğlu Bakıda qəza törədib? - YENİLƏNİB

“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.

Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib: “Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.

*** 16:37

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu idarə etdiyi “BMW” markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub.

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026