İsrailin müzakirə heyəti Qəzzədə atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin icrasını müzakirə etmək üçün sabah Qətərin paytaxtı Dohaya gedəcək.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, baş nazir Benyamin Netanyahunun təlimatı ilə Dohaya gedəcək heyət, razılaşmanın ikinci mərhələsini müzakirə etmək üçün İsrail kabinetinin qərarını gözləyəcək.
İsrail hökuməti sabah Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün toplanacaq.
Daha əvvəl planlaşdırılan danışıqların ləngitməsı ilə bağlı Netanyahu ittiham edilib.
Nuriyyə Musayeva