İsrail hökuməti dövlət büdcəsinin artırılması üçün 9 milyard dollar (31 milyard şekel) ayıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilir ki, bu vəsaitin 473 milyon dolları (1,6 milyard şekel) Qəzza zolağına humanitar yardım üçün ayrılacaq.
Xərclərin böyük hissəsi müdafiəyə yönəldiləcək və Müdafiə Nazirliyinin büdcəsi istisna olmaqla, digər nazirliklərin büdcələri 3,35 faiz azaldılacaq. Azalmalar yeni ilin əvvəlində qüvvəyə minəcək.
Bu təşəbbüs ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və təhsil naziri Yoav Kişa tərəfindən müsbət qarşılanmayıb. Onlar bəyan ediblər ki, əgər qarşıdakı tədris ilində təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılmasa, onlar buna qarşı çıxacaqlar.
Hökuməti tərk edən ultraortodoksal partiyalar da büdcədəki dəyişikliklərin əleyhinədir.