• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsrail XİN İspaniyanı hədələdi: Zərər verənə zərər verəcəyik

DÜNYA

27 May 2024 | 16:06

İsrail XİN İspaniyanı hədələdi: Zərər verənə zərər verəcəyik

İsrailin xarici işlər naziri İsrael Katz İspaniyanı hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Məlumata görə, Katz Fələstinin müstəqilliyini tanımasına cavab olaraq , İsrailə "zərər verən hər kəsə zərər verəcəyi ilə" hədələyərək , ölkəyə inkvizisiyanın sona çatdığını xatırladıb.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi İspaniyanın Təl-Əvivdəki səfirliyinə nota göndərib.

Həmçinin yüksək rütbəli İspaniya rəsmilərini nifrət dolu və qızışdıran antisemit bəyanatlarda ittiham edir.

 “2024-cü ildir. İnkvizisiya günləri bitdi. Bu gün biz yəhudilərin suveren və müstəqil dövlətimiz var və heç kim bizi dinimizi dəyişməyə məcbur etməyəcək, varlığımızı təhlükə altına qoymayacaq. Bizə pislik edənə zərər verərik”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024