İsrail hakimiyyəti Ben Qurion hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlərin müddətini uzadıb.
Bakıvaxtı.az bu barədə aviatravel.az-a istinadən xəbər verir.
Məlumata görə, o cümlədən əcnəbilərin ölkəyə girişinə qadağa və geri qayıdan israillilərin 10 günlük məcburi təcridi müddəti dekabrın 23-dək uzadıləb.
Xatırladaq ki, noyabrın 29-da koronavirusun yeni ştamı – “omikron” səbəbindən ölkə sərhədləri əcnəbilər üçün iki həftə müddətinə bağlanmışdı.














