• Bakı 12° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

“Joqovurd”: Paşinyan katolikosu həbs etmək yolundadır

DÜNYA

05 Dekabr 2025 | 09:10

“Joqovurd”: Paşinyan katolikosu həbs etmək yolundadır

“Nikol Paşinyan hökuməti artıq öz planının həyata keçirilməsinin son mərhələsinə yaxınlaşır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazır.

Nəşr bildirir ki, arxiyepiskop Arşakın həbsindən sonra Paşinyan növbəti dəfə katolikosun həbsi məsələsinə diqqət çəkəcək, çünki sonuncu güzəştə getmir.

“Joqovurd”un mənbələri bildirir ki, Paşinyan nəyin bahasına olursa olsun, onun tərəfinə keçən və katolikoslara xəyanət edən yepiskopların sayını artırmaq istəyir, onlar da kilsənin və mənəvi həyatın yenilənməsi naminə katolikosun istefası tələbini elan edəcəklər.

Əlavə edilir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir və tezliklə katolikosu nəzarətə götürəcəklər: “Soruşa bilərsiniz ki, nəyə əsaslanıb... Önəmli deyil, əsas odur ki, Patriarx həzrətləri təcrid vəziyyətində olacaq, ondan sonra internetdə onun istefa mətni çıxacaq. Və o məktubun həqiqi və ya saxta olması heç də önəmli deyil. Əsas odur ki, II Qaregin adından istefa mətni olacaq və katolikosun uzaqlaşdırılması prosesi başlayacaq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

04 Dekabr 2025