Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında uzun müddətdir gözlənilən görüş keçiriləcək. Regionda sülh və sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edən bu görüş həm qlobal, həm də regional miqyasda ciddi addım kimi qiymətləndirilir.
Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn görüşlə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşərək, rəsmi məlumatlara əsaslanmağın vacibliyini vurğulayıb və nəticələri diqqətlə gözləmək lazım olduğunu bildirib.
“Prinsipcə rəsmi məlumatlara istinadla verilməlidir. Jurnalistlərə bəzi məlumatlar artıq bəllidir. Yerdə qalır nəticələri gözləmək".
Keçmiş baş nazir hesab edir ki, bu hadisə qlobal və regional miqyasda ciddi addımdır:
“İstənilən halda bu hadisə həm qlobal, həm regional istiqamətdə ciddi addımdır. Azərbaycan-Ermənistan münasibətləri hazırda ciddi mərhələdən keçir".
Pənah Hüseyn 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan uğurların beynəlxalq hüquqa əsaslandığını diqqətə çatdırıb:
“44 gündəki qələbəmiz də, antiterror əməliyyatındakı qələbəmiz də beynəlxalq hüquqa əsaslanır".
O, əlavə edib ki, hazırda Rusiyanın təcavüzkar mövqeyinin qarşısı alınmış, mövcud təhdidlərə qarşı ciddi tədbirlər görülür:
“Bu gün hər şey bəlli olacaq. Rusiyanın təcavüzkar mövqeyinin qarşısı alınıb, təhdidlərin də həmçinin. Aktorların gedişləri izlənilir".
Əli Hüseynov