• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kəlbəcərdə YANĞIN - YENİLƏNİB

HADİSƏ

28 Noyabr 2025 | 23:45 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə YANĞIN - YENİLƏNİB

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın zonasının nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

 

***21:42

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR