• Bakı 14° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Keniya Prezidentinə çıxışı zamanı ayaqqabı atıldı

DÜNYA

05 May 2025 | 12:42

Keniya Prezidentinə çıxışı zamanı ayaqqabı atıldı

Keniya Prezidenti Uilyam Rutoya çıxışı zamanı ayaqqabı atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün “Reuters” sosial şəbəkələrdə yerləşdirilən videolara istinadən məlumat yayıb.

Məlumata görə, o, yaşamaq üçün zəruri olan minimum vəsait barədə çıxış edib.

Bundan sonra U.Ruto vergilərin artırılmasından imtina etməyə və müxalifət nümayəndələrini Nazirlər Kabinetinə dəvət etməyə məcbur olub.

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen hadisə ilə əlaqədar üç nəfərin həbs edildiyini bildirib.

Qeyd edilib ki, hadisə mayın 4-də Keniyanın qərbində Miqori dairəsində keçirilən mitinqdə baş verib. Prezident U.Ruto xəsarət almayıb.


SON XƏBƏRLƏR