• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kiyev bu dronlarla bombalanıb

DÜNYA

13 Oktyabr 2022 | 11:53

Kiyev bu dronlarla bombalanıb

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə hücum edib.

Bakıvaxtı.az “Ukrnews”-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilər hadisə yerində çalışır.

Xatırladaq ki, dünən də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.

Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR