• Bakı C

    18.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Kolumbiyadan Qəzzaya ÇAĞIRIŞ

DÜNYA

09 Dekabr 2024 | 15:34

Kolumbiyadan Qəzzaya ÇAĞIRIŞ

Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunması ilə bağlı çağırış edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, Murillo "Doha Forum-24"-də iştirakı çərçivəsində "Fələstində daha bir faciənin qarşısının alınması: İrəliyə doğru yol açmaq" adlı panel müzakirədə iştirak edib.

Murillo burada etdiyi çıxışında Kolumbiyanın sülh və həyat üçün diplomatiyanı dəstəklədiyini ifadə edərək bildirib: 

 "İnsanların insan hüquqlarını və ləyaqətini qoruduğumuz zaman onların həyatını dəstəkləyirik" .

Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunması çağırışını təkrarlayıb və İsraili beynəlxalq sistemin tələb etdiyi qərarları yerinə yetirmədiyi üçün tənqid edib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Aprel 2025