• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Kremldən Qırğızıstanda hakimiyyət çevrilişinə cəhdinə münasibət 

DÜNYA

13 Noyabr 2024 | 13:55

Kremldən Qırğızıstanda hakimiyyət çevrilişinə cəhdinə münasibət 

Qırğızıstan rəhbərliyi ölkədə asayişi təmin etmək üçün lazım olan hər şeyə malikdir.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qırğızıstanda hakimiyyəti ələ keçirməyi planlaşdıran bir qrup şəxsin saxlanması ilə bağlı məlumatı şərh edərkən bildirib.

    O, Kremlin Qırğızıstan hakimiyyəti ilə daim təmasda olduğunu söyləyib.

    “Biz əminik ki, Qırğızıstan rəhbərliyi ölkədə asayişi və qanuniliyi təmin etmək üçün lazım olan hər şeyə malikdir. Əlbəttə ki, biz qırğız dostlarımızla daim əlaqə saxlayırıq. Güc strukturları xətti ilə daim təmaslar gedir. Ona görə də bizim nümayəndələrimiz məlumat alırlar”, - deyə Kreml sözçüsü vurğulayıb.

    Qeyd edək ki, noyabrın 12-də Qırğızıstanın Daxili İşlər Nazirliyi respublikada kütləvi iğtişaşlar törətmək, sabitliyi pozmaq və hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək niyyətində olan keçmiş baş prokurorun müavini Adıl uulu Kubanın rəhbərlik etdiyi altı nəfərdən ibarət qrupun saxlanıldığını açıqlayıb. İstintaqın versiyasına görə, şübhəlilər noyabrın 17-də yerli seçkilər günü hakimiyyətin zorla ələ keçirmək məqsədi ilə milli idman oyunlarının keçirilməsi bəhanəsi altında zorakılığa çağırışlar etmək, konstitusiyaya zidd çağırışlar irəli sürmək və vəziyyətin sabitliyini pozmaq niyyətində olublar.


    SON XƏBƏRLƏR