"Ermənistan Hava Yolları" şirkətinin bir sıra reysləri təxirə salınıb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bununla bağlı aviaşirkət açıqlama yayıb.
Bildirilib ki, "Ermənistan Hava Yolları"na məxsus təyyarə bir neçə gün ərzində planlı texniki yoxlamalardan keçməlidir. Təyyarə dekabrın 15-də Ermənistana çatacaq və uçuşlar dekabrın 16-da bərpa olunacaq.
Mülki Aviasiya Komitəsinə görə, hazırda aviaşirkətin uçuşlarının təxirə salınması üçün başqa səbəblər yoxdur. Bu müddət ərzində biletlər alan sərnişinlər digər aviaşirkətlərin reyslərinə köçürülüb.
Şirkət sərnişinlərin bütün problemlərinin həll edildiyini və heç bir şikayətin daxil olmadığını bildirib.
Aviaşirkət ləğv edilmiş reyslərdə olan sərnişinlərə pulun tam geri qaytarılmasını və ya uçuş tarixinin dəyişdirilməsini təklif edib.
Gülşən Şərif