• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Zelenski Orbanın təkliflərindən İMTİNA ETDİ

DÜNYA

13 Dekabr 2024 | 11:51

Zelenski Orbanın təkliflərindən İMTİNA ETDİ

Vladimir Zelenski Milad bayramı üçün atəşkəs və əsir mübadiləsindən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Müvafiq təkliflər dekabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan Macarıstanın baş naziri Viktor Orbanın təşəbbüsü olub.

“Macarıstanın baş naziri dünən prezident Vladimir Putinlə telefon danışığı zamanı Milad bayramı ərəfəsində Rusiya və Ukrayna arasında böyük əsir mübadiləsinin həyata keçirilməsi, həmçinin Milad atəşi elan edilməsi təklifi ilə çıxış edib”, - Peskov bildirib..

Həmin gün FTX əsirlərin dəyişdirilməsi ilə bağlı Rusiyanın təkliflərini Macarıstanın Moskvadakı səfirliyinə ötürüb.

"Sosial şəbəkələrdə Zelenskinin, eləcə də onun ətrafının reaksiyasına əsasən, Ukrayna tərəfi Orbanın bütün təkliflərini rədd etdi", - Kreml nümayəndəsi qeyd edib.

“Rusiya sülh danışıqlarından heç vaxt imtina etməyib və 22-ci İstanbul razılaşması əsasında danışıqları bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Rusiya tərəfi Orbanın sülh yolu ilə nizamlanmasına və əsirlərin mübadiləsi ilə bağlı humanitar məsələlərin həllinə yönəlmiş səylərini tam dəstəkləyir”, - deyə Rusiya Prezidentinin mətbuat katibi yekunlaşdırıb.


SON XƏBƏRLƏR