• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib - YENİLƏNİB

HADİSƏ

04 Dekabr 2025 | 17:47

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.

Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.

***

16:02

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsi üçün helikopter cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğın dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.


SON XƏBƏRLƏR

02 Mart 2026