• Bakı 22° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Laçının tam azad olunmasına sayılı günlər qalıb - Ekspert

CƏMİYYƏT

17 Avqust 2022 | 17:21

Laçının tam azad olunmasına sayılı günlər qalıb - Ekspert

“Razılaşdırılmış müddətlərə riayət olunsa və ermənilər növbəti hoqqabazlıq etməsələr, Laçın şəhərinin sülhməramlıların nəzarətindən çıxmasına, yəni tam azad olunmasına sayılı günlər qalır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildrib.

Ekspert deyir ki, bu hadisənin baş verəcəyinə şübhə etmir:

“Sülhməramlıların yeni yola köçürülməsi təkcə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin deyil, həm də Ağanus və Fətəlipəyə kəndlərinin sülhməramlıların nəzarətindən çıxaraq azad edilməsi olacaq. Bundan sonra Laçın şəhərinin və bütövlükdə rayonun bərpası daha da sürətlənəcək”.

Ə.Hüseynov onu da qeyd edib ki, ermənilərin ah-vayla tərk etdikləri Sus kəndi əslində bizim camaatın bildiyi (Mərkizin ətəyində yerləşən) Sus kəndi deyil:

“Həmin Sus kəndində indi də, demək olar ki, heç bir erməni yaşamır, sadəcə sülhməramlıların nəzarət zonası daxilindədir və bir neçə günə onlardan da azad olacaq. Vandalların məskunlaşmaq istədikləri və indi tərk etdikləri yer Laçın şəhərinin aşağısında Həkərinin sol sahilində olan evlərdir. Ora və Qarıkaha kəndi Laçın şəhərinin tərkib hissəsidir”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

01 Oktyabr 2023