• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakının Baş planının olmaması buna mane olur - RƏSMİ

CƏMİYYƏT

16 Sentyabr 2022 | 16:35

Bakının Baş planının olmaması buna mane olur - RƏSMİ

"Əvvəllər Bakının hər küçəsində bulaqlar vardı. Sonradan yığışdırıldı. İndi paytaxt küçələrindəki ağaclar susuz qalıb. Belə olmaz".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.

M.Qənbərov qeyd edib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub: "Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026