• Bakı 14° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şəhid qardaşının sosial şəbəkədəki videoları ilə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

16 Sentyabr 2022 | 16:54

Şəhid qardaşının sosial şəbəkədəki videoları ilə bağlı RƏSMİ AÇIQLAMA

"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR