• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Son sutkada  koronaya yoluxanların sayı AÇIQLANDI

CƏMİYYƏT

16 Oktyabr 2022 | 16:46 | Müəllif: Subhan Mahmudov

Son sutkada koronaya yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 822 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 439 aktiv xəstə var. Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 332, bu günə qədər isə ümumilikdə 7 289 143 test icra olunub.


Son sutkada koronaya yoluxanların sayı AÇIQLANDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026