• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

DYP-dən yağışlı yyollarda sıxlıqlara MÜNASİBƏT

CƏMİYYƏT

15 Noyabr 2022 | 13:55

DYP-dən yağışlı yyollarda sıxlıqlara MÜNASİBƏT

Yağışlı hava ilə bağlı paytaxtın avtomobil yollarında yaranan sıxlıq günorta saatlarına qədər davam edir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Bakının mərkəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yağışlı havada yollarda hərəkət sürəti aşağı düşməlidir: “Çünki “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində göstərilib ki, hava şəraitindən asılı olaraq, nəqliyyat vasitələri daha ehtiyatlı idarə edilməlidir. Meteoroloji vəziyyət, ara məsafələr düzgün qiymətləndirilməli, sürət həddi aşağı salınmalıdır. Yollarda sıxlıq yaranması təbiidir, normal haldır. Heç kim bunu başqa cür qiymətləndirməməlidir. Paytaxtda hava şəraiti əsasən mülayim keçir. Sürücülərimiz normal hava şəraitində avtomobil idarə etməyə öyrəşiblər. Yağış, çiskin olan kimi sürücülərimiz avtomobilləri daha ehtiyatlı idarə edirlər. Bu səbəbdən kiçik sıxlıqların yaranması normal haldır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026