• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yol-nəqliyyat hadisələrin əsas səbəb budur - RƏSMİ

CƏMİYYƏT

15 Dekabr 2022 | 11:32

Yol-nəqliyyat hadisələrin əsas səbəb budur - RƏSMİ

"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".

Bakıvaxtı.az  xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb.

"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026