• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qanunsuz tikilən obyekt söküldü - VİDEO

CƏMİYYƏT

14 Yanvar 2023 | 10:46

Qanunsuz tikilən obyekt söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.


Qanunsuz tikilən obyekt söküldü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR