• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni epidemiya qorxusu: Gənc ailələr diqqətli olsunlar

CƏMİYYƏT

15 Noyabr 2022 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Yeni epidemiya qorxusu: Gənc ailələr diqqətli olsunlar

Qış fəslinin yaxınlaşması ilə koronavirus (Covid-19) və qripə yoluxma halları yenidən artmaqdadır.  Bununla yanaşı, İngiltərədə yeni bir epidemiya qorxusu yaşanır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə 19-cu əsrdə görülən və uşaq ölümlərinə səbəb olan xəstəlik yenidən gündəmə gəlib.

Mütəxəssislər, xüsusilə 10 yaşdan kiçik uşaqlarda görülən, qırmızı qızdırma xəstəliyinin anormal səviyyədə artdığını açıqlayıb.

Bakterial yoluxucu xəstəlik olan skarlatina xüsusilə dil, üz, qoltuqaltı və qasıq nahiyəsində qırmızı ləkələrlə özünü göstərir.

Qızdırma, halsızlıq, boğaz ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi simptomlarla müşayiət olunan xəstəlik vaxtında müalicə olunmazsa yüksək riskli nəticələrə, digər xəstəliklərə, hətta ölümə səbəb ola bilər.

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ictimaiyyəti qırmızı qızdırmaya diqqət yetirməyə çağırıb. Xüsusilə uşaqlı ailələrə xəbərdarlıq edən mütəxəssislər yoluxma sayının normadan xeyli çox olmasına diqqət çəkib.

Covid qaydalarının aradan qaldırılmasının da hadisələrin sayının sürətlə artmasında təsirli olduğu bildirilib. Mütəxəssislər, xəstəliyin Covid ilə qarışdırıla biləcəyini qeyd edirlər. Onlar bunu xəstəliklərin simptomlarının oxşar olması ilə əlaqələndirirlər.

Xəstəlik adətən qısa müddətdə, yəni bir-iki gün ərzində simptomlar göstərməyə başlayır. Xüsusən də dilin qızarması xəstəliyin ən fərqləndirici əlaməti kimi önə çıxır.

Mütəxəssis doktor Çun Tanq deyib ki, bu, Böyük Britaniyada nadir xəstəlik idi, lakin son illərdə çox artıb. Onun sözlərinə görə, bu, çox yoluxucu xəstəlikdir.

Aytac Aslan


Yeni epidemiya qorxusu: Gənc ailələr diqqətli olsunlarYeni epidemiya qorxusu: Gənc ailələr diqqətli olsunlarYeni epidemiya qorxusu: Gənc ailələr diqqətli olsunlar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR