• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Elçin Sadıqov aclıq aksiyasına başladı

CƏMİYYƏT

16 Sentyabr 2022 | 16:51

Elçin Sadıqov aclıq aksiyasına başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

Bakıvaxtı.az  xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını əlavə edib.

Növbəti proses sentyabrın 17-də olacaq.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rrayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026