• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid Kənan Nəsibov Tovuzda dəfn edildi

CƏMİYYƏT

16 Sentyabr 2022 | 16:25

Şəhid Kənan Nəsibov Tovuzda dəfn edildi

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbu qulluqçusu Kənan Nəsibov Tovuz rayonunda torpağa tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid Kənan Cəbrayıl oğlu Nəsibov ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirildikdən sonra rayonun Əsrik Cırdaxan kənd qəbristanlığında dəfn olunub.

Dəfn mərasimində yaxınları ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Qeyd edək ki, K.Nəsibov düşmənin Laçın istiqamətində törətdiyi təxribat zamanı şəhid olub.

Allah rəhmət eləsin! /Report


Şəhid Kənan Nəsibov Tovuzda dəfn edildiŞəhid Kənan Nəsibov Tovuzda dəfn edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026