• Bakı 14° C

    1.25 m/s

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürüldü

CƏMİYYƏT

25 Aprel 2023 | 11:14

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürüldü

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026