• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEO

CƏMİYYƏT

25 May 2023 | 10:55

Bakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEO

Bakıda obyektlərdə yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Ə.Nəvai küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70m² və 100m² olan ictimai iaşə obyektləri müvafiq olaraq 50m² və 44m² sahədə, bərbərxana 6m² sahədə yanıb, ümumi sahəsi 20m² olan avtomobilyuma məntəqəsinin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib.

Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.


Bakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEOBakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEOBakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEOBakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEOBakıda bir sıra obyektlərdə yanğın oldu - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026