• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Vaqner" Rusiyanı hara aparır?

CƏMİYYƏT

24 Iyun 2023 | 09:47

"Vaqner" Rusiyanı hara aparır?

"Əgər bu proseslər davamlı şəkildə gedər və Putin yenə müqavimət göstərərək ağılsız qərarlar verərsə, Rusiya, hətta parçalana da bilər".

Bunu siyasi şərhçi Mübariz Göyüşlü dünən Rusiyada baş verən proseslərlə bağlı Bakıvaxtı.az-a açıqlamasında deyib.

Siyasi şərhçi bildirib ki, Rusiya yürütdüyü aqressiv, hərbi təcavüzkarlıq siyasətinin bəhrəsini görməkdədir: "Başqasının suveren ərazisinə bütün beynəlxalq hüquq normalarını ayaq altına alaraq hücum etməyin nəticəsi bu şəkildə özünü biruzə verir. İstər Priqojin, istər "Rusiyanın azadlığı" şərti adı altında çalışan qruplar, istər müxalifət, istərsə də hələ də səsini çıxarmaya xalq Rusiyanı uçuruma aparan siyasətə səslərini çıxarırlar, çıxaracaqlar da".

M.Göyüşlünün sözlərinə görə, Priqojin və indiki Rusiya müxalifəti Putini devirmək imkanlarında deyil: "İnanmıram ki, o gücləri olsun. Amma Rusiya hərbi-siyasi elitasının daxilində kifayət qədər samballı qruplar və liderləri var ki, onlar Putini hakimiyyətdən kənarlaşdıra bilərlər. Belə olduqda Rusiya fəlakətdən xilas olacaq. Düşünürəm ki, bu və ya digər formatda olan proseslər davam edəcək. Bu qüvvələr möhkəm dayanarlarsa, Putinin hakimiyyətdən getməsinə nail ola bilərlər. Ən pis halda, Putinin, onsuz da, zəif olan dayaqlarını daha da sarsıdacaqlar. Əgər bu proseslər davamlı şəkildə gedər və Putin yenə müqavimət göstərərək ağılsız qərarlar verərsə, Rusiya, hətta parçalana da bilər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026