• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lerikdə DƏHŞƏT: Üç uşaq anası amansızlıqla qətlə yetirildi

HADİSƏ

28 Aprel 2021 | 20:40

Lerikdə DƏHŞƏT: Üç uşaq anası amansızlıqla qətlə yetirildi

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub.

Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026