• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Binəqədidə iki maşın toqquşdu - Xəsarət alan var

HADİSƏ

27 May 2021 | 10:19

Binəqədidə iki maşın toqquşdu - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Xocahəsən yolunda iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Hacıyev Nəbi Hümbət oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. N.Hacıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026