"Barselona"nın polşalı hücumçusu Robert Levandovski XXI əsrdə Avropanın top çempionatlarında futbolun iki əfsanəsi - Lionel Messi və Kriştianu Ronaldunun tarixi nailiyyətini təkrarlayıb.
Bakıvaxtı.az bu barədə "Opta Sport" statistika portalına istinadən xəbər verir.
37 yaşlı forvard bu uğura La Liqanın 23-cü turunda "Malyorka" ilə matçda imza atıb. Oyun kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb və futbolçu qolla yadda qalıb.
Beləliklə, Levandovski 2025/2026 mövsümündə La Liqada 10 qol vuraraq bu əsrdə Avropanın beş aparıcı liqasında ardıcıl 15 mövsüm ərzində ikirəqəmli sayda qol vuran üçüncü oyunçu olub. Ondan əvvəl bu nəticəni yalnız Ronaldu (16 mövsüm) və Messi (15 mövsüm) göstərib. Ronaldu bunu Premyer Liqa ("Mançester Yunayted"), La Liqa ("Real") və "Seriya A"da ("Yuventus"), Messi isə Fransa ("PSJ") və İspaniya ("Barselona") çempionatlarında edib.
Polşalı hücumçu 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Daha əvvəl o, "Bavariya" və Dortmund "Borussiya"sının heyətində qollar vurub. Cari mövsümdə o bütün turnirlər daxil olmaqla, 28 oyunda iştirak edib, 13 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 




