• Bakı 20° C

    10.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə edib

DÜNYA

31 May 2026 | 09:18

Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə edib

Londondakı Britaniya Muzeyində tualetlərdən birində şübhəli əşya aşkar edildikdən sonra 10 mindən çox insan təxliyə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Times" qəzeti muzeyin açıqlamasına istinadən xəbər verib.

"Britaniya muzeyi ziyarətçi tualetində şübhəli cihaz aşkarlandıqdan sonra ehtiyat tədbiri olaraq təxliyə edilib", - bəyanatda deyilir.

Nəşrin məlumatına görə, muzey eyni vaxtda hüquq-mühafizə orqanlarına ötürülən təhdid mesajları alıb.

Polis muzeydən 12-16 min insanı təxliyə edib. Hüquq-mühafizə orqanları daha sonra aşkar edilmiş əşyanın heç bir təhlükə yaratmadığını bildirib. Təhdidlərlə bağlı araşdırma davam edir.

Yoxlamadan sonra muzey ziyarətçilər üçün yenidən açılıb.

Qəzet qeyd edir ki, hadisə qədim İsrail haqqında mühazirənin təxirə salınmasından sonra muzeyə qarşı tənqidlər fonunda baş verib. Quruma yaxın mənbənin sözlərinə görə, təxirə salma qərarı təhlükəsizlik səbəbi ilə verilib.


SON XƏBƏRLƏR

30 May 2026