• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahir Emrelinin komandası növbəti mərhələdə

İDMAN

15 Iyul 2021 | 00:27

Mahir Emrelinin komandası növbəti mərhələdə

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" da cavab matçına çıxıb. Polşa təmsilçisi Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Oyun "Legiya"nın qələbəsi ilə başa çatıb - 2:0. Mahir Emreli ilk qolun ötürməsini verib.

"Legiya" bu qələbə ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun "Legiya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026