"Real" PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaqda israrlıdır.
Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı hücumçu üçün qarşı tərəfə yeni təklif etməyə hazırlaşır. "Kral klubu" Mbappeyə görə 120 milyon avro ödəməyi düşünür.
Futbolçu isə hələ də PSJ ilə müqaviləsini yeniləmək istəmir. Əgər tərəflər gələn yay başa çatacaq sözləşməni uzadmasa, fransalı oyunçu "Real"a azad agent kimi keçəcək. "Real" Mbappeni 2018-ci ildə "Yuventus"a transfer olunan Kriştiano Ronaldonun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Mbappe geridə qalan mövsüm La Liqada 31 matçda 27 qol vurub və 7 qolun ötürməsini verib.(qol.az)
"Real"dan Mbappe üçün fantastik təklif
İDMAN
13 Avqust 2021 | 00:34 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
09:46
09:45
09:35
08:56
24 Sentyabr 2026















