• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Qəbələ"dən növbəti qələbə

İDMAN

11 Sentyabr 2021 | 20:44 | Müəllif: Subhan Mahmudov

"Qəbələ"dən növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, açılış oyununda "Sabah" "Qəbələ"ni qəbul edib. Masazırdakı "Bank Resbublika Arena"da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" liderliyə yüksəlib. 3 turdan sonra xalı olmayan "Sabah" isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Zirə" komandaları üz-üzə gələcəklər. Tura sentyabrın 12-də oynanılacaq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR