"İnter"in futbolçusu İvan Perişiç klubdan ayrılmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə calciomercato.com məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi klubdan narazıdır. Onun sözləşməsi 2022-ci ilin yayınadək olsa da, Perişiç komandadan daha tez ayrılmağı planlaşdırır.
Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter"də oynayır.
















