• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Zirə”də yeni rekordçu

İDMAN

08 Noyabr 2021 | 19:45 | Müəllif: Subhan Mahmudov

“Zirə”də yeni rekordçu

İlkin Muradov “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Bakıvaxtı.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Sabah”la səfər matçında (3:3) meydana çıxaraq mütləq rekorda imza atıb.
 
“Bank Respublika Arena”dakı görüş yarımmüdafiəçinin “qartallar”ın heyətində 104-cü matçı olub. O, 103 oyuna çıxan Adil Nağıyevin rekordunu arxada qoyub.
 
“Sabah”la qarşılaşma İlkin üçün yubileylə də əlamətdar olub. O, bu komandanın heyətində 90-cı çempionat görüşündə iştirak edib. Digər 14 matç Azərbaycan kubokuna təsadüf edib. Muradov vurduğu 4 qolun hamısına çempionatda imza atıb.
 
Qeyd edək ki, Muradovun debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il aprelin 29-da Premyer Liqanın AZAL-la səfər matçında (3:0) meydana çıxıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR