• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Çelsi"nin futbolçusunda koronavirus aşkarlanıb

İDMAN

07 Dekabr 2021 | 18:57 | Müəllif: Subhan Mahmudov

"Çelsi"nin futbolçusunda koronavirus aşkarlanıb

İngiltərənin "Çelsi" klubunun futbolçusu Mateo Kovaçiç koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel Rusiyada "Zenit"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından öncə mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi komanda ilə məşq etdikdən sonra testi müsbət çıxıb. Almaniyalı mütəxəssis 27 yaşlı oyunçunun yoxluğunu ciddi itki adlandırıb.

Qeyd edək ki, dekabrın 8-də oynanılacaq "Zenit" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026