• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Mançester Siti”dən Aqueroya təklif

İDMAN

06 Yanvar 2022 | 18:52 | Müəllif: Subhan Mahmudov

“Mançester Siti”dən Aqueroya təklif

“Mançester Siti” sabiq futbolçusu, ürəyindəki problemə görə karyerasını başa vuran Serxio Aqueroya yeni təklif göndərmək istəyir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Mançester təmsilçisi 33 yaşlı keçmiş hücumçunu klubun səfiri olmasını istəyir. Hazırda “Mançester Siti”də bu vəzifədə Mayk Summerb, Celon Leskott, Şoun Rayt-Filips və Micah Riçers çalışır. 

İngiltərə klubunun tezlikdə Aqueroya təklif göndərəcəyi bildirilib. 

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də oynayıb. O, keçən yay “Barselona”ya keçmişdi. Lakin Aquero dekabrın 15-də ürəyindəki problemə görə karyerasını başa vurduğunu açıqlayıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026