• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Səbail" qapıçı transfer etdi

İDMAN

05 Fevral 2022 | 12:15 | Müəllif: Subhan Mahmudov

"Səbail" qapıçı transfer etdi

“Səbail” daha bir futbolçunu komandaya cəlb edib. 

Bakıvaxtı.az xəbər verir ki, Hüseynəli Quliyev sabiq klubuna qayıdıb.

Paytaxt təmsilçisi 23 yaşlı qolkiperlə il yarımlıq müqavilə imzalayıb. O, 2017/18 mövsümündə Gənclər Liqasının bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib və ilin qapıçısı mükafatına layiq görülüb. Quliyev daha sonra “Sumqayıt” və “Sabah”ın formasını geyinib.

Qeyd edək ki, “Səbail” dünən “Zirə”dən ayrılan Rəşad Əzizlini də heyətinə qatıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026